Müştərilərin rəyi

Müəllif: MAVİ KEPENEK
Zaman: 3-2-2012 18:57
23 yanvar 2012-ci ildə mən ikinci dəfə də oğul anası oldum sevincimi sizlərlədə bölüşmək istədim
Cavab:
Salam,xanım. Siz bizim günümüzü işıqlandırdınız :), təşəkkür edirik. Sizin məktubunuz "9AY"-ın hər bir əməkdaşına çatdırılıb. Kollektivimiz hayatınızda baş vermiş bu gözəl hadisə ilə Sizi səmimi qəlbdən təbrik edir. Sizə və sizin ailənizə təkçə sevinc dolu anları yaşamaq arzu edirik. Allah Sizi qorusun.
Müəllif: sebine
Zaman: 1-2-2012 02:34
salam 9ay. Saytinizdaki hamilelik teqvimi shobesine demek olsarki her hefte baxiram ve cox beyenirem. Sizden 1xahishim var,eyer burda kicik,cox da mesulyetli olmayan meslehetler shobesini de elave etseydiniz cox yaxshi olardi.cunki ele olurki hekimle elaqe saxlamaq mumkun olmur,burdan suallarimiza cavab tapardiq. Evelceden teshekkurler,ugurlar.
Cavab:
Salam, Səbinə xanım. Diqqətinizə görə Sizə təşəkkür edirik. Təklifinizi nəzərə alarıq və bəlkə də uzaq gələcəkdə saytda belə bir bölüm açarıq. Fikrinizə və diqqətinizə görə birdə təşəkkür edirik.
Müəllif: Həsənəlizadə Şəbnəm
Zaman: 31-1-2012 08:20
Daha bir sual: sizdə kətandan geyimlər və alt paltarlar (lifçik) olurmu?
Müəllif: Həsənəlizadə Şəbnəm
Zaman: 31-1-2012 08:17
Salam. Saytınızı bəyənir və minnətdarlığımı bildirirəm. Bilmək istərdim ki, hədiyyə kartını əldə etməkçün şərtlər nədir? Bir də ki, xüsusi günlərdə kompaniyalarınız, endirimləriniz olurmu? Təşəkkürlər.
Cavab:
Salam,hörmətli Şəbnən xanım. Diqqətinizə görə Sizə təşəkkür edirik. Əməyimizin Sizin tərəfinizdən dəyərləndirilməsini oxumaq bizim üçün xoşdur. Şübhəsiz, bizdə gələcək analar üçün güzəştləri nəzərdə tutan kampaniyalı günlər olur. Belə kampaniyalardan vaxtında xəbər tuta bilmək üçün, sizə "Facebook" səhifəmizdən qeydiyyatdan keçməyi və buranı tez-tez ziyarət etməyi məsləhət bilirik. Yaxud bizim mağazaya baş çəkəndə telefon nömrənizi saxlamağınızı tövsiyyə edirik. Belə olan halda siz belə kampaniyalar haqqında əvvəlcədən xəbərdar ediləcəksiniz. Sonuncu dəfə belə güzəştli kampaniya 30-31 dekabr tarixlərində keçirilib. Bundan əlavə, uşaq gözləyən yaxınlarınızı sevindirmək üçün ən uyğun variantlardan biri də mağazamızın hədiyyə kartlarına sahib olmaqdır. Əgər siz yaxınlarınız üçün bizdə paltar seçərkən rəng və model seçimində tərəddüd edirsinizsə, bu halda mağazamızın 50 və 100 manat dəyərində olan hədiyyə kartlarını əldə edib, doğma insana bağışlaya bilərsiniz. Razılaşın ki, bu halda kart bağışlamaq pul hədiyyə etməkdən daha nəzakətlidir. Hədiyyə kartlarını bizim mağazamızdan həm nağd ödəmə, həm də kompüterinizdən ayrılmadan kredit kartı vasitəsi ilə əldə etmək olar. Kətandan olan paltarları biz yay kolleksiyamızda təqdim edirik. Bizdə digər təbii materiallardan hazırlanmış geyimlər var. Habelə ekoloji cəhətdən təmiz və təbii materiallardan hazırlanmış paltarlar var. Bu modellərdə sapdan tutmuş rəngə qədər hər şey təbii yolla hazırlanıb. Alt paltarına gəlincə isə, büstqalter hazırlamaq üçün kətan yetərincə zərif deyil. Sonda bir daha Sizə diqqətinizə görə təşəkkür edir və mağazamızda yolunuzu gözləyirik.
Müəllif: ayten
Zaman: 30-1-2012 11:59
salam.saytiniz xosuma geldi.salvarlarin qiymetini bilmek isteyerdim qiymatlar necadan baslayir? .
Cavab:
Salam,Aytən xanım. Qiymətlərə Siz burda baxa bilərsiz.
Müəllif: Gunay Aliyeva
Zaman: 23-1-2012 12:20
endirimler ne vaxt olacaq?
Cavab:
Salam,Günay xanım. Saytda qeydiyyatdan keçin, facebook.com-da bizi ziyarət edin. Butikımıza gəlin və Sizin əlagə yaratmağ uçün telefon nomrənizi bizə verin və endirim kompaniyalar haqqında xəbərdar olun. Xoş arzularla,9AY.
Müəllif: gunel
Zaman: 23-1-2012 06:57
salamsiz bu meqaleniniye deyismirsiz uje eseblesiremeeeeeeeeeeeeee
Cavab:
Əsəbləşməyin, Günel xanım. Sizə əsəbləşmək olmaz! :) Belə xırda məsələlərə görə əsəbləşsəniz uşağa ziyan dəyə bilər:) Biz məqalələri yeniləndirərik. Bunun uzərində iş gedir! :) Diqqətinizə görə təşekkür edirik.
Müəllif: Nigar
Zaman: 23-1-2012 02:50
Salam. Sayta olan kolleksiya bolmesindeki butun geyimler magazanizda satish da var? (ya imeyu vvidu imeetsya li v nalicii?)
Cavab:
Salam, yox Nigar xanım. Saytda gördüyünüz şəkillər mövsümün əvvəlində çəkilir. Və modellər tədricən satışa dahil olur. Eyni zamanda mövsümün sonuna bəzi modellər qalmır, bəzi modellərin bədən ölçüləri qalmır. Amma satışda elə modellər də var ki onların saytımızda görə bilmərsiz. (мы имеем ввиду, что фотосессия проводится один раз перед началом сезона и отражает скорее тренд, нежели рекламу конкретных моделей. заходите к нам :) следите за нами на фейсбуке. )
Müəllif: Zemfira
Zaman: 22-1-2012 10:11
Salam 9AY. Bilmek isterdim Sizde uzunqol vodolazkalar her movsumde olur? Hicabli xanim olduguma gore ancaq uzunqoldan istifade edirem. Evvelceden tewekkurler.
Cavab:
Salam,Zemfira xanım. Biz bütün gələcək analar barədə düşünürük. O cümlədə hicablı xanımlar da. "9AY" da həm yayda həm də qış aylarında Siz uzun qol köynəklər və uzun ətəklər əldə edə bilərsiz. Xoş arzularla,9AY.
Müəllif: gulnar
Zaman: 22-1-2012 08:11
Geyimlerinize baxdim cox beyendim amma bir seyi qeyd etmeliyem cox bahadi bilmek isterdim endirim olur?
Cavab:
Salam,Gülnar xanım. Biz yüksək keyfiyyət təmin etmək çalışırıq. Təbii parçalardan istifadə edərək biz gələcək anaları düşünürük. O cümlədən də orqanik parçalardan istifadə edirik. Siz "9AY" geyimlərinin emalı zaman istifadə olunmuş parça və tikiş keyfiyyətinə fikir versəniz, görərsiniz ki bütün bunlar böyük zəhmət tələb edir. Bizdə endirimlər olur. Siz saytda qeydiyyatdan keçin,nömrə saxlayın və biz yeniliklər,endirimlər barədə Sizə xəbər göndərərik. Hörmətlə ,9AY.